“Quşboğan” QHT rəhbəri 6 min aldı - İRAQLA AZƏRBAYCAN ARASINDA MƏDƏNİ ƏLAQƏLƏR QURUR

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023- cü il üçün qrant müsabiqəsinin nəticələrinin açıqlaması bu sektorda böyük qalmaqala səbəb olub.

Belə ki, QHT Agentliyindən qrant ala bilməyənlər qrumun rəhbərliyini ittiham edib. Onların gətirdiyi əsas arqumentlərdən biri isə Laçın dəhlizində keçirilən aksiyalarda fəal iştirak etmələri, ancaq buna baxmayaraq hökumətin onları diqqətdən kənarda qoymasıdır.

HTML tutorial

Həmin şəxslər sosial şəbəkələrdə Şuşada aksiya zamanı göyərçini boğduğu üçün gülüş obyektinə çevrilən Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin sədri Tahirə Kərimovaya QHT Agentliyi tərəfindən altı min manat qrant verilməsini də xüsusi qabardıb.

 

Şəbnəm

Gununsesi.info