Hazırda həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva İnsan Hüquqları Üzrə Müvəkkil (Ombudsman) Aparatında olub.
Bu barədə Gununsesi.info–ya onun özü deyib.
“Mən Səbinə xanımla görüşmək istəsəm də buna nail ola bilmədim. Amma Aparatın işçiləri məni qəbul etdi. Bilirsiniz ki, Hüseyn infarkt keçirib. Onun ağrıları olan zaman mənşəyi bilinməyən dərman veriblər. Bu dərmandan sonra onun halı pisləşib. Ancaq Ədliyyə Nazirliyi Hüseynin infarkt keçirmədiyini deyir. Halbu ki, həkim rəyində ürəyində “çat” sözü xüsusilə qeyd olunub. Mənim oğlumun həyatı təhlükədədir. Xahiş edirəm ki, onu Penitensiar Xidmətin müalicə müsəssisəsinə köçürsünlər. Hamı bu məsələni bir-birinin üstünə atır. İnsan taleyidir. Belə laqeyidlik olmaz. Mən Ombudsmandan xahiş edirəm ki, buna nail olsun”.
Qeyd edək ki, 6 illik həbsxana həyatından sonra azadlığa çıxmağa çalışan Hüseyn Abdullayevə yeni ittihamlar verilib. Bir neçə gün sonra məhkəməyə çıxarılacaq.
Abdullayev ittihamları qəbul etmir.
Günay
Gununsesi.info