Quterreş qlobal ərzaq böhranı ilə bağlı ÇAĞIRIŞ ETDİ

  • By admin
  • 19 Avqust 2022 19:16

BMT-nin Baş katibi Antonio Quterreş Odessa limanına səfəri zamanı Rusiya və Ukraynadan qlobal ərzaq və gübrə bazarlarına maneəsiz çıxışa çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

Təşkilatın baş katibi bildirib ki, həm Rusiya, həm də Ukraynadan daha çox ərzaq və gübrə ixracı bazarları daha da sabitləşdirmək və ərzaq qiymətlərini aşağı salmaq üçün çox vacibdir. Eyni zamanda, o qeyd edib ki, Odessada baş verənlər “həllin yalnız görünən hissəsidir”.

“Əhəmiyyətli olan və müdafiə etdiyimiz digər hissə sanksiyalara məruz qalmayan Rusiya ərzaq və gübrələrinin qlobal bazarlara maneəsiz çıxışla bağlıdır. Onların bazara qayıtması üçün bütün ölkələrin hakimiyyət orqanlarının və özəl sektorun əməkdaşlıq etməsi vacibdir”, – Quterreş qeyd edib.

O vurğulayıb ki, bu il gübrə olmasa, gələn il kifayət qədər qida olmaya bilər. BMT-nin baş katibi etiraf edib ki, o, Rusiya və Ukrayna ərzaqlarının dünya bazarlarına qaytarılması məqsədinə tam sadiqdir.

“Yalnız bütün tərəflər əməkdaşlıq etsə, bu, işləyəcək” – deyə o, yekunlaşdırıb.

Gununsesi.info