Quterreşdən növbəti qıtlıq XƏBƏRDARLIĞI

  • By admin
  • 25 İyun 2022 11:57

Birlәşmiş Millәtlәr Tәşkilatının baş katibi Antonio Quterreş qlobal ərzaq qıtlığı barədə xəbərdarlıq edib.

Gununsesi.info xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş  milyonların ölümünə səbəb olan ərzaq qıtlığının başlıca səbəbləri kimi iqlim dəyişikliyi və koronavirus pandemiyasını göstərərək Ukraynadakı müharibəni də bura şamil edib.

O, həmçinin 2022-ci ildə çoxsaylı aclıqların elan olunacağını və 2023-cü ilin daha pis ola biləcəyini bildirib.

Antonio Quterreş deyib:  “Heç bir ölkə belə bir fəlakətin sosial və iqtisadi nəticələrindən sığortalanmayacaq”.

Gununsesi.info