Quterreşdən nüvə təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

  • By admin
  • 06 Avqust 2022 20:52

Nüvə silahından istifadə təhlükəsi bütün dünyada getdikcə aktuallaşır.

Gununsesi.info xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Xirosimada çıxışı zamanı bildirib.

“Bəşəriyyət dolu silahlarla oynayır. Hazırda nüvə təhlükəsi olan böhranların sürətlə yayılması müşahidə olunur”, – Quterreş deyib. O, buna misal olaraq Yaxın Şərqdə və Ukraynadakı mövcud vəziyyəti xatırladıb.

BMT-nin baş katibi bundan əvvəl Nyu-Yorkda keçirilən nüvə silahlarının yayılmamasına dair konfransda da eyni narahatlığı ifadə edib.

Gununsesi.info