
Bişkekdə Qırğızıstan prezidenti Sadır Japarov və Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar arasında görüş keçirilib.
Danışıqlar təkbətək və geniş tərkibdə aparılıb.
Gununsesi.info xəbər verir ki, görüşün nəticələrini şərh edən Ersin Tatar danışıqların səmimi atmosferdə keçdiyini qeyd edib.
Onun sözlərinə görə, o, həmkarına Kıbrıs probleminin hazırkı vəziyyəti və onun iki dövlət prinsipi əsasında həlli yolları barədə məlumat verib.
KKTC prezidenti Qırğızıstana səfərini “son dərəcə uğurlu” adlandırıb.
Siyasətçinin sözlərinə görə, o, Qırğızıstan tərəfini KKTC-yə dəstəyi genişləndirməyə çağırıb.
Ersin Tatar qeyd edib ki, Qırğızıstan prezidenti bir neçə il əvvəl KKTC-yə səfər edib və Kıbrıs məsələsini və Kıbrıs türklərinin üzləşdiyi ədalətsiz münasibəti yaxşı bilir.
KKTC-nin ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı sosial şəbəkə hesabında KKTC və Qırğızıstan liderləri arasında keçirilən görüşdən foto paylaşıb.
Gununsesi.info