Quzey Kıbrıs Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını və ordusunu təbrik edib.
Gununsesi.info xəbər verir ki, təbrik mətni nazirliyin “X” hesabında paylaşılıb.
“Qardaş Azərbaycan işğal altında olan torpaqlarını azad edib. Qəhrəman Azərbaycan xalqını və ordusunu 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edir, bütün şəhidlərimizi rəhmətlə anırıq”, – paylaşımda bildirilib.
Gununsesi.info