Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) paytaxtı Lefkoşanın Büyük Sərgi Salonunda “Ürəyimdəki Azərbaycan” fotosərgisi açılıb.
Gununsesi.info xəbər verir ki, sərgi 2019-23-cü illərdə KKTC-nin Bakıdakı nümayəndəliyində təhsil və mədəniyyət müşaviri vəzifəsində çalışmış Tevfik Ulualın Azərbaycanda çəkdiyi fotolar sərgilənir. Sərgidə Bakının və Azərbaycanın müxtəlif bölgələrində çəkilmiş fotolar nümayiş olunur.
Sərginin açılış mərasiminə KKTC parlamentinin sədri Zorlu Töre, KKTC-nin Bakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer və digər şəxslər qatılıb.
Sərgi yanvarın 8-dən 12-dək davam edib. Sərgi Quzey Kıbrıs əhalisinin ciddi marağına səbəb olub və çoxsaylı insanlar sərgini ziyarət edərək Azərbaycan haqqında daha çox məlumat əldə edib.
Gununsesi.info