Qvatemalada etirazçılar konqres binasına od vurdu - VİDEO

  • By admin
  • 22 Noyabr 2020 15:01

Qvatemalada etirazçılar konqres binasına od vurublar.

Bu barədə “Prensa Libre” nəşri yazıb.

Yanğını söndürmək mümkün olsa da, bundan sonra etirazçılar binanı daşqalaq edib.

Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Xatırladaq ki, ölkədə büdcənin təhsil və səhiyyə ilə bağlı xərclərinin azaldılması, həmçinin, insan hüquqlarının pozulması hallarına görə etiraz aksiyaları keçirilir.

Gununsesi.info