“Rəcəb İvedik 5” izlənmə rekordu qırdı - ŞAHAN GÖKBAKAR FİLMDƏN 85 MİLYON QAZANDI

  • By admin
  • 11 Aprel 2017 22:31

recep ivedik 5

Bu ilin fevralın 16-dan etibarən yayımlanan “Rəcəb İvedik 5” filmi izlənmə rekordu qırıb.

Gununsesi.info-nun  qazetevatan.com-a istinadən verdiyi məlumata görə, filmin müəllifi və aktyoru Şahan Gökbakarın son filmini 8 hafta boyunca toplam 7 milyon 217
min insan izləyib.

Əgər adıçəkilən ekran işinə 152 min insan daha baxarsa, o zaman film bir il əvvəlki “Rəcəb İvedik 4”ün rekordunu da keçəcək. Belə ki, “Rəcəb İvedik 4” 20 hafta boyunca 7 milyon 369 min nəfər tərəfindən izlənilib.

Onu da əlavə edək ki, komediya aktyorunun son filmindən qazandığı pul da dodaq uçuqladıb. Belə ki, Şahanın “Recep İvedik 5”dən 85 milyon lirə qazandığı bildirilir.

Gununsesi.info