Rəcəbov Aronyana qalib gəldikdən sonra ağladı – DUYĞUSAL ANLAR (VİDEO)

  • By admin
  • 04 Yanvar 2021 11:25

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour”un rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyan üzərində qələbə qazandıqdan sonra göz yaşlarına hakim ola bilməyib.

Rəqibini məğlub etdikdən sonra 33 yaşlı qrossmeyster sevincindən kövrəlib. Daha sonra o, kompüterinin qarşısından çəkilib.

Gununsesi.org