
Teymur Rəcəbov Dünya Kubokunun finalında çinli Dinq Lirenlə görüşünü başa vurub. Gununsesi.org xəbər verir ki, qarşılaşma heç-heçə başa çatıb.
Bununla da tərəflər arasında bərabərlik davam edir.
İndiyə qədər keçirilən 3 görüşdən 1-də Teymur, 1-də Liren qalib gəlmişdi. Digər matç isə heç-heçə başa çatmışdı.
4 görüşdən sonra hesab bərabər olduğu üçün tərəflər tay-brek oynayacaqlar.
Sabah tərəflər tay-brekdə üz-üzə gələcəklər.
Gununsesi.org