Rəfayel Cəbrayılov avtomobil qəzasında dünyasını dəyişdi

  • By admin
  • 15 Avqust 2016 13:44

kamaz

Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə bu gün Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı şəhər sakini Rəfayel Cəbrayılovun idarə etdiyi “Mercedes” və İsmayıllı rayon sakini Ürfət Quliyevin idarə etdiyi “KamAZ-5511” markalı avtomobillər toqquşub.

Sürücü R.Cəbrayılov aldığı bədən xəsarətləri nəticəsində dünyasını dəyişib.

Hazırda faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Anar

Gununsesi.info