Rəhim Hüseynov vəfat edib

Azərbaycanın keçmiş Baş naziri Rəhim Hüseynov vəfat edib.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, onun cənazəsi “Qurd qapısı” qəbiristanlığında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, R. Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın Baş naziri vəzifəsində çalışıb.

 

Gununsesi.info