Rəhimzadədən “Türk deyilik” sözlərinə təkzib gəldi: "Haqqın.az" məndən acıqlı olduğu üçün belə yazır"

  • By admin
  • 02 Mart 2017 14:52

 arif-rahimzade

Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə azərbaycanlıların türk olmaması ilə bağlı fikirlərinə aydınlıq gətirib.

Gununsesi.info-nun xəbərinə görə, A.Rəhimzadə “Ölkə.Az” saytına açıqlamasında bildirib ki, fikirləri təhrif olunub:

“Bir neçə gün öncə Rusiya parlamentinin bir qrup üzvü Azərbaycana səfərə gəlmişdi. Azərbaycan Milli Məclisi üzvləri ilə onların görüşü oldu. Görüş zamanı rusiyalı deputatlar Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti ilə bağlı çıxış etdilər. Mən isə onlara dedim ki, həqiqətən də Azərbaycan-Rusiya münasibətləri normal səviyyədə davam edir. Ancaq mən onlara sual verdim ki, niyə görə Rusiya parlamenti qondarma “erməni soyqırımı” məsələsini müzakirə edir, ancaq Xocalı soyqırımı ilə bağlı hər hansı münasibət bildirmir?

Daha sonra rus deputatlara sual verdim ki, niyə görə Rusiya Xarici İşlər Nazirliyi bloqer Aleksandr Lapşinin ekstradisiyası ilə bağlı fikir bildirir, ancaq Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı susur? Mən onlara söylədim ki, əgər siz qarşılıqlı ikitərəfli münasibətlər deyirsinizsə, o zaman gəlin ilk növbədə bunları müzakirə edək”.

Deputat haqqında yayılan qalmaqallı məsləyə də münasibət bildirib:

“Həmin iclasda mən deməmişəm ki, biz türk deyilik. Bununla bağlı fikirlərim təhrif olunub. Mən demişəm ki, biz etnik cəhətdən türkük, ancaq xalq kimi azərbaycanlıyıq. “Haqqın.az” saytı məndən acıqlı olduğu üçün, hər dəfə əleyhimə yazır. Onlar ümummilli lider Heydər Əliyevin məşhur “Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir” fikirlərini xatırladıb. Ancaq eyni zamanda ulu öndər “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” deyib. Onu da yazaydılar da!” – deyə, deputat bildirib.

Gununsesi.info