“Rəhmətlik qardaşımdan mənə yadigar qalıb” NARKAMAN

  • By admin
  • 21 İyul 2016 15:10

qardas

 

 

Abşeron rayon polis idarəsinin əməliyaçıları həyətyanı sahəsində narkoik tərkibli çətənə kolları əkib becərməkdə şübhəli bilinən Hökməli qəsəbə sakinini saxlayıb. Gununsesi.info xəbər verir ki, Hökməli qəsəbə sakini 42 yaşlı Rəfail Şükürovun həyətyanı sahəsində çətənə kolları əkib becərməsi barədə məlumat polisə əməliyyat yolu ilə daxi olub. Əməliyatçılar həyətə baxış keçirməyə gələndə çətənə kollarını aşkarlasalar da  onları əkib becərməkdə şübhəli bilinən Rafael Şükükrovun özünü tapa bilməyiblər. Bir ilə yaxın müddətdə axtarışda olan Rəfaili polis əməkdaşları 3 gün əvvəl tapıb. İstintaqa ifadə verərkən Rəfael Şükürov çətənə kollarının rəhmətlik qardaşından yadigar qaldığını bildirib.

Hazırda Abşeron rayon polis idarəsində Rəfail Şükürova  baraəsində cinayət işi başlanıb. Araşdırmalar davam edir.

 

Gununsesi.info