
Tacikistan Azərbaycana yeni səfir təyin edib.
Gununsesi.info “Sputnik Tacikistan”a istinadən xəbər verir ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun sərəncamına əsasən, Abdurahmon İlhom Barotzoda bu ölkənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, bundan əvvəl Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli olub.
Azərbaycanın Düşənbədəki nümayəndəliyi 2007-ci ilin sentyabrın 22-də açılıb.
Tacikistanın Bakıdakı səfirliyi isə 2008-ci ilin martın 23-dən fəaliyyət göstərir.
Gununsesi.info