“Amerikanın cinayət əməllərinə göz yummaq və ya bağışlamaq olmaz. Cinayətkarlar törətdikləri əməllərə görə cəzalarını almalıdırlar”.
Gununsesi.info xəbər verir ki, bunu İran İslam Respublikasının prezidenti İbrahim Rəisi deyib.
O, bu barədə Nyu Yorkda BMT Baş Assambleyasının illik toplantısında iştirak etmək üçün ABŞ-a səfəri çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Rəisi Amerika rəsmilərini təhdid edib. İranın ABŞ rəhbərlərindən qisas almaq təhdidləri ilə bağlı jurnalistlərin suallarına cavabında ABŞ-ın cinayətkar olduğunu deyib.
Gununsesi.info