“Bəzi Avropa ölkələri nə səbəblə minlərlə adamı öldürən terror təşkilatları üçün güvənli liman olmanın cavabını vemrəlidir”
İran rejiminin başçısı İbrahim Rəisi BMT Baş Assambleyasındakı çıxışı zamanı Avropa ölkələrini ittiham edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, BMT-nin 78-ci sessiyasındakı çıxışı zamanı İran lideri Avropa ölkələrini terror təşkilatlarının “güvənli limanı” olmaqda günahlandırıb.
Rəisi onların bu atdıqlarının cavabını verməli olduğunu vurğulayıb. Rəisinin bu çıxışı İran dirənişini dəstəkləyənlərin BMT-nin əsas binasının qarşısında qarşısında keçirilən etirazlarla eyni zamana təsadüf etdi.
Gununsesi.info “english.mojahedin.org” saytında İran liderinin çıxışı ilə bağlı ittihan yazısını sizə təqdim edir.
İbrahim Rəisi 1988-ci il qətliamlarında açar rolunu oynayırdı. Özü dünya çapında soyqırım və insanlığa qarşı cinayətlərin günahkarı olaraq tanınmaqdadır.
Öz günahlarını ört-basdır etmək üçün insanlığa qarşı cinayət və soyqırımın yeni təsvirini təqdim etməyə çalışıb.
Rəisi çıxışının böyük bölümündə İran xalqının ölkə çapındakı üsyanını Amerikaya bağlayaraq belə deyib:
“Keçən il İran milləti tarixinin ən böyük media hücumuna və psixoloji savaşına məruz qaldı.Dünyada ən çox ana həbs edən Amerika qadın haqları ilə bağlı səmimi narahatlıq keçirə bilərmi?”.
Qərbin hərəkətsizlik və yumşaltma siyasətinə güvənən Rəisi BMT toplantısındakı varlığını rejimin nüvə əməlləri üçün bir fürsət oalraq görüb.
“İran son 20 ildəolduğu kimi, nüvə texnologiyasından yararlanma ilə bağlı hüquqi haqqından heç bir şərtlə vaz keçməyəcək”, Rəisi deyib.
Rəisinin iddialı çıxışları öz Prezidentliyi dönəmində iqtisadiyyat, ekologiya, təhsil, media, söz azadlığı və insan haqlarınadək bütün cəbhələrdə gerilmələr yaşandığı bir zamana təsadüf edir.
İran Milli Dirəniş Şurasının gələcək dönəm başçısı Məryəm Rəcavi Nyu-Yorkdakı böyük toplantıda verdiyi mesajda söylədiyi kimi:
“Parlaq gələcək budur ki, rejimin amansız basqısına baxmayaraq, ictimai hazırlıqlar davam edir. Üsyanın partlayışı çoxalmaqdadır. Rejim çıxmaza girdi. İran xalqının etiraz hərəkəti üfüqdə görünür”.
Tərcümə: Arzu