Rəisi hökumətdəki tənqidçisini qovdu

İranda Proqram və Büdcə Təşkilatının sədri Məsud Mirkazımi işdən qovulub.

Gununsesi.info xəbər verir ki, bu barədə SEPAH-a yaxın “Fars” xəbər agentliyi məlumat yayıb.

Məlumatda onun səlahiyyətlərini Davud Mənzura təhvil verəcəyi bildirilib.

Qeyd edək ki, Məsud Mirkazımi İran Prezidenti İbrahim Rəisi siyasətinin tənqidçisi kimi tanınır.

 

Şəbnəm

Gununsesi.info