“Elə mən indi Rəmişin il mərasimindən çıxdım. Rəmiş kimin üçünsə ölə bilər, amma mənim üçün ölməyib. Demək olar ki, yolda, evdə Rəmişin musiqisini qoyub qulaq asıram”
Bunu Gununsesi.info-ya açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas deyib.
A.Abbas Rəmişin mahnılarını rəhbəri olduğu saytda da paylaşdığını bildirib:
“Demək olar ki, həftədə iki dəfə Rəmişin “zapis”lərini saytımızda qoyuram ki, başqaları da ona qulaq asa bilsin. Mən Rəmişi Paqanini və Vaqif Mustafazadəyə bənzədirəm. Yəni ikisi də virtouzdur, qeyri-adidir. Rəmişi Ağdama aparacaqdıq, amma elə oldu ki, xəstələndi. Qaldı ki, mən elə düşünürəm ki, Rəmiş bizdən qabaq Ağdama gedib. Məncə, onların hamısının ruhları Ağdamdadır”-deyə Aqil Abbas bildirib.
Gununsesi.info