Rəqib futbolçuya təpik atan Fernando Musleranın cəzası bəlli olub

  • By ilhame
  • 17 Sentyabr 2024 21:32

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Yanq Boys”la (İsveçrə) keçirilən cavab matçında rəqib komandanın futbolçusuna təpik atan Türkiyənin “Qalatasaray” klubunun qapıçısı Fernando Musleranın cəzası bəlli olub.

 

Gununsesi.info xəbər verir ki, UEFA uruqvaylı əlcək sahibini 3 oyunluq diskvalifikasiya edib.

 

Qeyd edək ki, 38 yaşlı qolkiper sözügedən qarşılaşmanın 87-ci dəqiqəsində fərqlənən Alan Virjinyusa təpik vuraraq münaqişəyə səbəb olub və qırmızı vərəqə ilə cəzalandırılıb.

 

“Yanq Boys”a hər iki oyunun nəticəsinə görə məğlub olan (2:4) “sarı-qırmızılar” yoluna UEFA Avropa Liqasının Liqa mərhələsində davam edəcək. F.Muslera PAOK (Yunanıstan), RFŞ (Latviya) ve “Elfsborq”la (İsveç) keçiriləcək matçlarda iştirak etməyəcək.

Gununsesi.info