Rəqqanın bir hissəsi İŞİD-dən azad edildi

  • By admin
  • 03 Avqust 2017 20:51

rakka-1

Suriyanın Rəqqa şəhərinin bir hissəsi İŞİD terrorçularından azad edilib.

 Gununsesi.info-nun APA-ya  istinadən verdiyi xəbərə görə, bu barədə  İŞİD-lə mübarizə üzrə koalisiyanın rəsmi nümayəndəsi Rayan Dillon bildirib.

“Rəqqanın azad edilməsi uğrunda əməliyyat artıq iki aydır davam edir. Şəhər ərazisinin 45 faizi “Suriya Demokratik Qüvvələri”nin nəzarətindədir.”, – detə R.Dillon bildirib.

Qeyd edək ki,  “Suriya Demokratik Qüvvələri” adlandırılan koalisiyasının əsas hissəsini ABŞ və onun müttəfiqləri tərəfindən dəstəklənən YPG/PYD kürd terror qruplaşmalarının silahlıları təşkil edir.

R.Dillon həmçinin  YPG/PYD kürd terror qruplaşmalarına tankların tədarük edilməsinə dair yayılan xəbərləri təkzib edib: “Bu xəbərlər yanlışdır”.

Gununsesi.info