Rəqqasə Fatimə: “Oriental oynamışam, əcəb etmişəm”

  • By admin
  • 02 Sentyabr 2016 16:47

49555105510ec6d4f5461427172461_reqqase_fatime_000

“Space” televiziyasının efirində ad günü qeyd edildiyinə görə, rəqqasə Fatimə sosial şəbəkədə Bəstəkarlar İtifaqının   ictimaiyyətlə əlaqələr şobəsinin müdiri İltifat Hacıxanoğlu tərəfindən ciddi tənqidə məruz qalıb.

Rəqqasə  bununla bağlı Gununsesi.info-ya açıqlama verib. O, deyib ki, əvvəla, həmin şəxsi tanımır və tanımaq da istəmir

“O, ümumiyyətlə, kimdir ki, mənim haqqımda danışır? Mənim işimlə məşğul insanam, imkan vermirlər ki, beynim bir balaca sakitləşsin. Nə istəyir məndən? Kim yazdırdıb ona o yazını? Mən bütün günü tədbirlərdəyəm, ildə bir dəfə konsert verirəm, cəbhə bölgəsinə gedib, orada çıxış edirəm. Bir dənə rəqqasə adı çəksinlər ki, mənim gördüyüm işləri edir?!

Bəsdirin paxıllıq elədiniz?! Oriental oynamışam? Əcəb etmişəm! Acından ölməli idim?! Oriental oynayan məgər pozğundu? Mən ailəli insanam, 21 yaşında qızım var, bəsdirin,  artıq yığışdırın bu söhbətləri! Allahdan qorxun! Ona da deyirəm ki, əgər bir də mənim haqqıda artıq-əksik danışsa, onu məhkəməyə verəcəm. O, kimdir, heç tanımıram, tanımaq da istəmirəm”-deyə, o, sözlərinə əlavə edib.

Gununsesi.info