Rəqqasə Fatimə: “Sizin əlinizdən burdan köçmək istəyirəm”  FOTO

  • By admin
  • 03 Sentyabr 2016 11:10

49555105510ec6d4f5461427172461_reqqase_fatime_000

Bu gün səhər hər zamankı kimi xəbər poçtalarımı yoxlayanda tanımadığım birindən gecə saat 02-30-da yazılmış bir mesaj gördum. 10 dəqiqəlik təkrar oxunuşdan sonra anladım ki,  Fatima Fataliyeva linkiylə mənə yazan rəqqasə Fatiməymiş. Demə, “Space” televiziyasının efirində ad günü qeyd edildiyinə görə,  sosial şəbəkədə Bəstəkarlar İtifaqının   ictimaiyyətlə əlaqələr şobəsinin müdiri İltifat Hacıxanoğlunun  ciddi tənqidə məruz qoyduğu rəqqasə Fatimə haqqında gununsesi.info-nun verdiyi xəbər  normal yazıb-oxumağı bacarmayan rəqqasənin  xoşuna gəlməyib. Rəqqasə Fatimənin inbox-ma yazdığı mesajı sadəcə onun savad və səviyyəsini göstərmək üçün təqdim edirəm: “Fatima Fataliyeva

salam

bu nedi burda reklam edirsiz

bestirundeee

sizin inizden burdan kocmey istayirem

ne istayirsiz????

ha siz

siz qadinsiz?,

haa?

bu kimdise nese deyib

neye tez”.

Qeyd edim ki, Azərbaycanda təsilli, savadlı və kifayətqədər nüfuzlu rəqqasələr var.  Afaq Məlikova, Təranə Muradova kimi Xalq artistlərinin yanında belələrinin ekran-efirdən təbliğ edilməsi ən azından ədalətsizlikdir. Əslində, Fatimə kimi rəqqassələrin belə at oynatmasına bir az da sho-biznesin ətəyinin altından çıxmayan yazarlar günahkardırlar. Mənimsə, Fatimə kimilərlə işim olmaz.  Xəbərin yazılmasında məqsəd rəqqasənin təbliği deyil, ziyalı münasibətini vermək idi.

Xatırladaq ki, Bəstəkarlar İttifaqının mətbuat və ictimaiyyətlə əlaqələr şobəsinin müdiri İltifat Hacıxanoğlu SPACE kanalının efirində rəqqasə Fatimənin ad gününə həsr edilən verilişi top atəşinə tutub. Gununsesi.info xəbər verir ki, bu haqda tanınmış jurnalist və Bəstəkarlar ittifaqınını sözçüsü sosial şəbəkədəki səhifəsində yazıb. Statusu olduğu kimi təqdim edirik: “Gör, nə günə qaldı “Space TV”, rəqqasə Fatiməyə ad günü keçirir. Orieantal Fatiməyə. Məncə ANS-i açıb, SPACE-ni yeniden yaratmaq lazımdır. Akademik sənəti  kolxoz, sovxoz, bar səviyyəsinə endirən, atova lənət. Mən bundan sonra “Space TV” də Rəqqsanənin bacısına ad günü keçirilsə, təəccüblənmərərm… Rəqqasə axtarırsınız, gedin Opera və Balet Teatrınını o boyda xalq artistləri var, onlara ad günü  keçirirn. Bu kənd təsərrüfatı ünsurlərini yığışdırırn efirdən”.

 

fatis

Gülnaz Qənbərli

Gununsesi.info