
Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova bu gün “Hardasan” adlı mahnısını və ona çəkdirdiyi klipi təqdim edib.
Gununsesi.info Axşam.az-a istinadən xəbər verir ki, bəstəni uzun müddət əvvəl müğənni Rəqsanə İsmayılova da oxuyub. Sənətçi “İntizar” adını qoyduğu mahnını iki həftə əvvəl “Youtube” kanalında yerləşdirib. A.Kazımovanın mahnını oxuduğundan xəbər tutan Rəqsanə ötən gün ifasını İnstaqram səhifəsində paylaşıb.
Bəstənin sözləri Gülağa Tənhaya, musiqisi İsmayıl Əsədova məxsusdur.
A.Kazımova bildirib ki, bəstəni oxumasını ondan İ.Əsədov istəyib. Bəstəkar mahnını uzun müddət əvvəl Rəqsanəyə versə də, onun son gün oxumadığını görüb və Kazımovaya müraciət edib.
Hətta Rəqsanə mahnı üçün bəstəkara 3 min manat da ödəyib.
Gununsesi.info