Rusiyada yaşayan azərbaycanlı müğənni Rəqsanə İsmayilova instaqram səhifəsində müzakirələrə səbəb olan foto paylaşıb. “Qafqazinfo” xəbər verir ki, 38 yaşlı müğənni çəkdirdiyi şəklini rəsmi hesabında yayıb.
Sənətçinin açıq-saçıq geyimdə foto çəkdirməsi instaqram istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Həmin paylaşıma çoxlu sayda tənqid yazılıb. Rəqsanə yazılanların qarşısına almaq üçün sözügedən paylaşmada rəy bölməsini deaktiv edib.