Rəqsanə ondan yazanlara qarşı hücuma keçdi -VİDEO

Azərbaycanda bir neçə şou saytının instaqram hesabı bağlanıb.

Gununsesi.info  xəbər verir ki, buna səbəb müğənni Rəqsanə İsmayılovanın kütləvi şəkildə səhifələri şikayət etməsidir. İfaçının özü də bu barədə video yayaraq hücum etdiyini təsdiqləyib.

HTML tutorial

“Əziz sənət dostlarım, səhifəni rəsmi qaydada instaqrama şikayət edirsiniz, hər səhifədən beş dənə şikayət göndərirsiniz, həmin səhifə bağlanır. Cavablarını alırlar”, – o deyib.

Bloklanan səhifələr arasında Olay.az saytının 300 minə yaxın izləyicisi olan “olay.az_official” instaqram hesabı da var.

Qeyd edək ki, müğənni “Qafqazinfo” saytının instaqram səhifəsinə də ismarış yazıb. O, haqqında paylaşılan xəbərlərin səhifədən silinməsini tələb edib, əks halda səhifədə problemlərin yaşanacağı ilə bağlı hədələyib.

Xatırladaq ki, R. İsmayılova son günlər aparıcı Sərxan Kərəmoğlunu təhqir etməsi ilə gündəmdədir. O, Kərəmoğlu tərəfindən polislə hədələməsinə aşağılayıcı tonda cavab verməsi, aparıcının başına oyun açacağını deməsi müzakirələri daha da böyüdüb. Sərxanın yaydığı səsdə Rəqsanənin avtoritetsayağı danışığı, eyni zamanda qanunları və dövlət qurumlarını saymadığını bildirməsi tənqidlə qarşılanıb.

Gununsesi.info