Rəqsanənin ad günündən - FOTOLAR

  • By admin
  • 01 İyun 2018 16:02

Sevilən müğənni Rəqsanə İsmayılova ad gününü qeyd edib. Bakıya yenicə qayıdan ifaçı 39 yaşını tamamlayıb.

Gununsesi.info Milliı.Az-a istinadən xəbər verir ki, özünə ad günü keçirmək niyyətində olmayanda Rəqsanəyə qızı Aysun sürpriz qonaqlıq təşkil edib. Məclisə yalnız müğənninin ailə üzvləri və ən yaxın sənət dostları dəvət alıb.

Onların arasında müğənnilər Namiq Qaraçuxurlu, Kərim Abbasov, Şəbnəm Əsədova, Əhməd Mustafayev, Nicat Gözəlov, Elçin Məhərrəmov, aparıcılar Fira Cəlilova, Ülviyyə Alovlu, Humay Muxtarova, teleprodüser Aynurə Səmədova, stilist Nigar İbrahimova və digərləri olub.

Məclisi əyləndirən müğənnilərlə yanaşı, Rəqsanənin kiçik qızı Yağmur da anasına mahnı hədiyyə edib.