Müğənni Aysun İsmayılova ikinci dəfə ailə həyatı quracağını bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə sənətçi özü ARB-də yayımlanan “Günə son” proqramına açıqlamasında deyib:
“Yüz ölçüb, bir biçmək lazımdır. İkinci dəfə o, ailə dağılarsa artıq iki tərəf də günahkardır. Elçi də gəliblər, maraqlanıblar da… İnşallah, bəli olacaq”.
Bu barədə müğənni Rəqsanə də fikrini bildirib:
“Aysuna deyirdim sənə dörd gün toy edəcəm. Sən ikinci dəfə ailə qur, elə bir toy edəcəm ki, bunun səsi-sədası qulaqlardan getməyəcək. Bu mənim arzumdur”.
Veriliş zamanı Aysunun toyunun qış aylarına təsadüf edəcəyi də vurğulanıb.
Qeyd edək ki, Aysun İsmayılova 2022-ci ili iyunun 30-da Eşqin adlı bəylə ailə qurub. Cütlük 2023-cü ilin mayın 5-də ayrılıb.
Gununsesi.info