Rəşad Əliyev: “Adi ipotekanın maliyyələşmə mənbəyi tapılmalıdır”

  • By admin
  • 03 Oktyabr 2016 14:40

resad

İpoteka üçün büdcədən ayrılan vəsait borcun ödənməsinə yönələcək?

 

Gələn dövlət büdcəsində ipoteka kreditlərinə 100 milyon manat ayrılması proqnozlaşdırılır. Bu isə, 2016-ci illə müqayisədə 2 dəfə çoxdur. İpoteka Fonduna ayrılan məbləğın artımı hazırda durğunluq yaşayan daşınmaz əmlak bazarının canlanmasına təkan verə biləcəkmi?

Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev Gununsesi.info-ya şərhində bildirir ki, əvvəllər dövlət büdcəsindən ayrılan vəsait güzəştli ipotekaya yönəlirdi: “Dövlət İpoteka Fondu bir neçə mənbədən vəsait cəlb edir. Bunlar dövlət büdcəsindən, qiymətli kağızların buraxılmasındən cəlb edilməsindən  və təkrar maliyyələşmədən əldə olunan vəsaitlərdir”.

Ekspert deyir ki, hazırda Fond istiqrazların yerləşdirilməsində problemlər yaşayır: “İpoteka Fondu istiqrazlarını 3 fazilə yerləşdirir. Adi ipoteka isə 8 faiz təşkil edir. Hazırkı dövrdə bu istiqrazları bazar şərtlərinə uyğun yerləşdirmək qeyri-mümkündür. Əgər Maliyyə Nazirliyinin təqdim etdiyi istiqrazlar əgər 10 faizi ötürsə, o zaman İpoteka Fondunun 3 faizli istiqrazının cəlbediciliyi ümumiyyətlə gülməli görünür”.

Rəşad Əliyevin sözlərinə görə, istiqrazların yerləşdirilməsi və  gəlirliliyi ilə bağlı yaranan problemlər təkrar maliyyələşmədən əldə olunan olunan vəsaitlərin də azalmasına gətirib çıxarıb.  Bu baxımdan ekspert hesab edir ki, 100 milyon vəsaitin bir hissəsi istiqrazların dəyərinin ödənilməsinə yönələ bilər: “100 milyon manatın ayrılması o demək deyil ki həmin vəsaitlərin hamısı ipotekaya yönələcək. Onun bir hissəsi istiqrazların dəyərinin ödəniməsinədə gedə bilər.

Burada mənim diqqətimi çəkən adi ipotekanın vəziyyətinin necə olacağıdır. Çünki bunun maliyyələşmə mənbəyi tapılmalıdır. Hazırda belə bir mənbə yoxdur. Bu baxımdan 100 milyondan adi ipotekaya da yönəldilə bilər”.

Ekspertə görə, əvvəllər ipoteka kreditləri bazarda ucuz mənzilə olan təlabatı artırırdı: “Bu təlabat bazarda aktivliyi artırırdı. İndi maksimum 50 min manatlıq limit artırıla bilər. Yeni qaydalara görə, maksimum məbləğ 7-ci zonada olan daşınmaz əmlakın 1 kv\metri əsas götürüləcək.  Amma düşünmürəm ki, ipoteka kreditlərinin məbləğinin artılımasının bazara təsiri olsun. Dövlət büdcəsindən ipoteka kreditlərinə ayrılan vəsaitin artırılması o demək deyil ki, veriləcək o ipoteka kreditlərin sayı artacaq. Dediyim kimi, başqa istiqamətlərə də yönələ bilər”.

R.Əliyev əlavə etdi ki, daşınmaz əmlak bazarında qiymətlərin formalaşmasında psixoloji amillər daha çox rol oynayır: “Ölkədə daşınmaz əmlak bazarında psixoloji təsirlər həmişə böyük rol oynayıb. Ona görə də, hər hansı bir cüzi artım bahalaşmaya səbəb olur. Həta real olaraq 2-3 faiz armalı olduğu halda, bu rəqəm daha yüksək olur. Amma yekun nəticədə bazar özünü tənzimləyir.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info