Rəşad Məciddən daha bir - Açıqlama

Dünəndən ölkə mediasının əsas müzakirə obyektinə çevrilən AYB-nin qurultayı və bu qurultayda yenidən birinci katib və müavin seçilən Çingiz Abdullayevlə Rəşad Məcidin verdiyi açıqlamalarla bağlı yaranan rezonans bitmək bilmir. Hər iki şəxs tərəfindən jurnalistlərə qarşı ard-arda verilən açıqlamalar media mənsublarını hiddətləndirib, onların ünvanına ciddi tənqidlər səsləndirilib.

Gununsesi.info xəbər verir ki, Çingiz Abdullayevi müdafiə edərkən jurnalistlərin ünvanına daha ağır ifadələr işlədən Rəşad Məcid aparılan tənqidi müzakirələrin fonunda üçüncü açıqlamasını vermək məcburiyyətində qalıb. O, feysbuk hesabında baş verənlərlə bağlı paylaşım edərək yaranmış vəziyyətə görə növbəti dəfə bəzi sayt əməkdaşlarını ittiham edib:

HTML tutorial

“Mənim statusum Baku.tv-nin məşhur sualı ilə bağlı deyil. Mən Günel Musanın (jurnalist – red.) gecə yarısı yazdığı suala qurultaydakı bəzi sayt əməkdaşlarının davranışına münasibət bildirib dostyana, qısa cavab yazmışam  ki, səhər geniş münasibət bildirəcəyəm. Heç onu xəbərə çevirəcəyini də düşünməmişəm. Burda Günelin və “bakupost.az”ın davranışını da etik saymıram. Səhər isə geniş münasibətimi bildirmişəm. Bu status “Abzas.net” adlı saytın əməkdaşının davranışına münasibətdir. Qurultayda da saytın Şəmistan adlı əməkdaşına qəzəbli etirazımı bildirmişəm.

Çingiz Abdullayev verilən sualı isə mənə də vermişdilər, sakit cavablandırmışam”

Gununsesi.info