Rəşad Məmmədovun vəsatətləri rədd edildi - FOTO

Rəşad Məmmədovun vəsatətləri rədd edildi

 

Rashad Mammadov

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq direktoru Rəşad Məmmədovun işi üzrə məhkəmə prosesi başlayıb. Gununsesi.info-nun məhkəməni izləyən əməkdaşının xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə başlanan prosesdə Rəşad Məmmədovun vəkili Akif Əlizadə müdafiə etdiyi şəxsin prosesin sonuna qədər barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatət verib. Ancaq yerində müşavirə keçirən məhkəmə kollegiyası vəsatəti rədd edib.

Vəkil İradə Cavadova isə dəmir barmaqlıqlar arasında olan təqsirləndirilən şəxslərin öz müdafiəçilərinin yanında əyləşməsi barədə vəsatət versə də hakim onu da rədd etdi.

Müdafiə tərəfinin digər vəsatətləri də dövlət ittihamçısı Ramazan Hadıyevin istəyilə rədd edilib.

Proses iyunun ayının 2-də davam etdiriləcək.

COMMENTS