Rəşad Nəbiyev Hidayət Heydərovu dünya çempionu olması münasibətilə təbrik edib

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev cüdoçumuz Hidayət Heydərovu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olması münasibətilə təbrik edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında yazıb.

 

“Əbu-Dabi şəhərində keçirilən cüdo üzrə dünya çempionatında Hidayət Heydərov 11 ildən sonra ölkəmizə yenidən qızıl medal qazandırıb.

İdmançımızı bu əlamətdar nailiyyət münasibətilə təbrik edirəm!” – nazir qeyd edib.

Gununsesi.info