Rəşad Sadiqov yenidən “Neftçi”yə qayıtdı

  • By admin
  • 11 Sentyabr 2017 16:22

580132

Azərbaycan millisinin sabiq üzvü Rəşad Sadiqovun yeni klubu bəlli olub.

Gununsesi.info xəbər verir ki, təcrübəli yarımmüdafiəçi “Neftçi” ilə anlaşıb. Tərəflər arasında 1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, 2003-2004, 2005-2008, 2012-2014-cü illərdə “Neftçi”nin şərəfini qorumuş 33 yaşlı futbolçu Azərbaycan milli komandasının üzvü olub. Sadiqov son olaraq “Zirə”də çıxış edib.

Gununsesi.info