“Rəşadla aramız yaxşı olub” - Bıçaqlanan şəxsin qardaşı danışdı+Video

Xəbər verdiyimiz kimi, məşhur meyxanaçı Rəşad Dağlı İskəndər Mehtiyev adlı şəxsi bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Gununsesi.info xəbər verir ki, Baku TV-nin əməkdaşı hadisənin təfərrüatını araşdırmaq üçün İ.Mehtiyevin yaşadığı ünvana gedib.

HTML tutorial

İ.Mehtiyevin qardaşı hadisənin hansı səbəbdən baş verdiyini bilmədiyini deyib:

“Qardaşım oktyabrın 26-da həbsdən çıxmışdı. Rəşadla aramız yaxşı olub. Səhər Rəşad gəlib İskəndəri qapıdan apardı. Sonra da eşitdik ki, belə hadisə baş verib. Hadisənin səbəblərini bilmirik. Subay idi. Anasının 40 mərasimini yenicə keçirmişdik”.

Gununsesi.info