Türkiyə Suriyanın İdlib bölgəsinə 300 hərbi yük maşını ilə ağır texnika və digər döyüş sursatları göndərib.
Gununsesi.org “Haberturk”a istinadən xəbər verir ki, hərbi texnika Suriya sərhədindən İdlib deeskalasiya zonasına göndəriləcək.
Türkiyə mətbuatı yazır ki, rəsmi Ankara son iki həftə ərzində İdliblə sərhədə xüsusi təyinatlı hərbçilər və hərbi texnika göndərib.