Rəsmi Bakı: “5 rayonun azad olunması razılaşdırılıb” - VİDEO

  • By admin
  • 22 İyun 2016 14:48

Novruz Mammadov

 

HTML tutorial

Rəsmi Bakı prezidentlərin Sankt Peterburq görüşünün detallarını açıqlayıb. Gununsesi.info xəbər verir ki, Azərbaycan Prezident Administrasiyasınn rəhbərinin müavini Novruz Məmmədov ANS TV-yə açıqlamasında Vladimir Putinin təşəbbüsü ilə iyunun 20-də Sankt Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün detalları barədə məlumat verib. N.Məmmədov prezidentlərin görüşündə Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflərin razılığa gəldiyi məqamları açıqlayıb. Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub. “Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni, bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra isə Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər”, – deyə administrasiya rəhbərinin müavini bildirib.