Azərbaycan respublikanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin reinteqrasiyası üçün əməli fəaliyyətə başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, bununla bağlı Qarabağın erməni sakinləri ilə təmaslara məsul təyin olunmuş Ramin Məmmədov 2023-cü il sentyabrın 21, 25 və 29-da Yevlax və Xocalı şəhərlərində erməni sakinlərinin nümayəndələri ilə görüşüb.
Administrasiya vurğulayıb ki, reinteqrasiya Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həyata keçirilir.
“Etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyi, o cümlədən hər kəsin təhlükəsizliyi təmin edilir”, – məlumatda deyilir.