Rəsmi Bakı erməniləri və bəzi azərbaycanlı ekspertləri yanıltdı - CEYHUN BAYRAMOV VAŞİNQTONDADIR

Bugün ABŞ paytaxtı Vaşinqtonda NATO-nun sammiti baş tutacaq.

Qeyd edək ki, sammitə Azərbaycan və Ermənistanın XİN rəhbərləru də dəvət olunub.

Dünənə qədər bəzi yerli ekspertlərin Ceyhun Bayramovun bu tədbirə getməyəcəyinə dair fikirləri yayılmışdı.

Qeyd edək ki, bu cür fikir səsləndirən ekspertlər Rusiya və İranın geosiyasi maraqlarından çıxış edən şəxslər idi.

Hətta Ermənistan mediası da bu barədə yazırdı. Ancaq ermənilərin Bakiya Mariya Zaxarova sayaq xəbərdarlıqlarına baxmayaraq, xarici işlər naziri Ceyhun Bayramov dövlət katibi Entoni Blinkenin dəvəti ilə NATO Zirvə Görüşündə iştirak etmək üçün Vaşinqtona gedib.

Həmin ekspertlər Rusiya və Çinlə imzalanmış Bəyannnamələrin Azərbaycanın üzərinə öhdəliklər qoyduğunu bildirib, ABŞ səfərini adıçəkilən ölkələrə qarşı atılan addım kimi dəyərləndirirdi.

Nazirin ABŞ-də bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Ehtimal olunur ki, nazir Bayaramov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ikitərəfli görüş keçirib sülh danışıqlarını davam etdirəcək.

 

 

Elmar 

Gununsesi.info