Rəsmi Moskva Putinin koronavirusdan necə qorunduğunu açıqladı

  • By admin
  • 04 Mart 2020 18:39

Rusiya Prezidenti Vladimir Putinin koronavirusdan qorunması üçün bütün lazımi preventiv gigiyenik tədbirlər həyata keçirilir.

Gununsesi.org xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov deyib.

“V.Putinin virusdan qrunmasının təmin edilməsi üçün hansı tədbirlər görülüb?” sualına D.Peskov belə cavab verib: “Prezidentin ətrafına koronavirusun yaxınlaşmaması üçün bütün lazımi tədbirlər görülüb. Əslində, bu, Rusiya Federasiyasının hər bir vətədaşının da həyata keçirə biləcəyi ən adi preventiv gigiyenik tədbirlərdir”.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 60-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 90 minə çatıb, 3 mindən çox nəfər ölüb.

Gununsesi.org