“Rəsmi nikaha girmədən ana ola bilərəm” - Dilarə Kazımova

  • By admin
  • 03 Dekabr 2019 13:52

“Həyat yoldaşımla 4 dildə danışırdım- ingilis, rus, türk və Azərbaycan! O, İstanbulda doğulmuşdu və həmin şəhərdə yaşayırdı. Daha sonra Bakıda çalışdı və burada tanış olduq. Çox gözəl memar idi, bir-birimizi başa düşüb evləndik. 1 il yarım sevgili olduq. “Eurovision”dan qabaq evlənmək istədik. Amma plan dəyişdi”. 

Gununsesi.org xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova “Söhbətisz” proqramında qonaq olarkən deyib. O, Türkiyə vətəndaşı Mərd Aslanla olan evliliyinin tez dağılmasından söhbət açıb:

“Sona qədər getmədi. Şadam ki, indi mənə çox rahatdır. 30 yaşımdan sonra ailə qurdum. Sən demə, mənim adamım deyilmiş. İnsanlar 20 il ailəli olub, sonra boşanırlar. Görürlər ki, həmin insan onlarlıq deyil! Mən canımı tez qurtarmışam. Qismətə çox inanıram. İnanıram ki, hər şey vaxtında olacaq.  Ana olmadığıma görə də peşman deyiləm”.

Daha sonra sənətçi qeyd edib ki, nikah bağlamadan ana ola bilər: “Rəsmi nikaha girmədən ana ola bilərəm. Bu, mənim üçün problem deyil. Ana olmaq qadının şəxsi fikridir. Dostlarım arasında elələri var ki, onlar düzgün insan tapa bilməyiblər.  Əslində uşaq normal, ana-ata olan bir ailədə böyüməlidir. Amma nə etmək olar? Alınmırsa, vəziyyət fərqlidirsə,  buna uyğun addım atmaq lazımdır”.

Gununsesi.org