Rəsmi Tehranın Azərbaycanla əlaqələri yaxşılaşdırması onun özünün maraqları baxımından önəmlidir - DEPUTAT

  • By admin
  • 06 Mart 2017 14:23

14887074845479717774_1000x669

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin İrana başa çatan səfəri bir çox baxımdan mühüm əhəmiyyət daşıyır.
Səfər ABŞ-İran ziddiyyətlərinin yenidən kəskinləşdiyi və Vaşinqtonun 4 körfəz ölkəsindən ibarət ərəb NATO-sunun yaranmasına strat verdiyi bir vaxtda baş verir. Xatırladaq ki, Amerika özünə düşmən saydığı gücə qarşı birinci dəfə deyil ki, buna bənzər dördlük formalaşdırır. Yaxın Şərqdə SSRİ-nin önünü kəsmək üçün hələ 1937-ci ildə Saadabad anlaşmasıyla Türkiyə, İran, İraq və Əfqansıtanın yer aldığı bir birlik formalaşdırlmışdı. 1955-ci ildə isə eyni məqsədlə CENTO, yəni Mərkəzi Andlaşma Təşkilatı yaradıldı ki, onun da yenə 4 üzvü vardı-Türkiyə, Pakistan, İran və İraq. Ancaq hələ o vaxtdan Vaşinqtonun yenə də SSRi-yə, sonra işə regiondakı iddialı və böyük dövlətlər olan Türkiyə ilə İrana qarşı istifadə etmək niyyətliylə ərəb NATO-su yaratmaq planı vardı. Sadəcə ərəblərlə İsrail arasında savaş nəticəsində bu plan reallaşdırlmamış qaldı”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev qeyd edib.

O, qeyd edib ki,  indi ərəb dövlətləri, özəlliklə də körfəzdəkilərlə İran arasında ziddiyyət İsraillə bu dövlətlər arasındakı ziddiyyəti ikinici plana keçirib. Körfəz ölkələrinin lideri rolunda çıxış edən Səudiyyə Ərəbistanıyla İsrail rəsmiləri arasında gizli danışıqların getdiyi və bu dövlətlərin müəyyən, ən çox da İranla bağlı məsələlərdə eyni mövqe sərgilədiləri kimsəyə sirr deyil:

iran-1
“Belə bir vaxtda rəsmi Tehranın Azərbaycanla əlaqələri yaxşılaşdırması onun özünün maraqları baxımından önəmlidir. Azərbaycana gəldikdə isə, biz regionun aparıcı aktorlarından sayılan, bir çox xəttlərlə bağlı olduğumuz İranla əlaqələrin qarşılıqlı fayda, anlaşma və hörmət üzrəində qurulmasına çalışımışıq, bu gün də çalşırıq.
Və orası da var ki, Azərbaycan –İran əlaqələrinin yaxşlaşması hər iki ölkə üçün təkcə geosiyasi yox, geoiqtisadi baxımdan da olduqca əlverişlidir. Bilndiyi kimi Çin özünün “Bir yol və Bir qurşaq” adlandırdığı qlobal nəqliyyat layihəsini reallaşdırmaq üçün böyük hazırlıq işləri görür.

Bu layihə ”Yeni İpək Yolu”, ”Cənub İpək Yolu” və ”XXI əsrin Dəniz İpək Yolu”nu özündə birləşdirir ki, kordinasiyalı sıx əməkdaşlıq Azərbaycanla İranı onlardan ikisində ”Yeni İpək Yolu” və ”XXI əsrin Dəniz İpək Yolu”nda önəmli oyunçuya, qovşaq ölkələrə çevirə bilər. Onu da deyək ki, artıq son üç ildə Çin bu layihələrin reallaşması yönündə 50 milyard dollar xərcləyib. 2016-2020-ci illər arasında isə nəqliyyat infrastrukturuna nə az, nə çox, düz 2 trilyon 180 milyard(!) dollar xərclənməsini planlaşdırlır ki, onun da böyük bir hissəsi məhz dediyimiz layihənin reallaşdırlımasına yönəlib.
Azərbaycanın çəkdiyi həm şərq-qərb, həm də şimal-cənub dəmir yolu xəttləri əslində Çinin bu qlobal layihəsinin tərkib hissəsi kimi çıxış edir və sadəcə həmin layihələri biz öz vəsaitimiz hesabına reallaşdırdırdığımızdan əsas söz sahibi rolunda da özümüz çıxış edirik. Azərbaycanla İran həm İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü, həm də iki yaxın qonşu olaraq az öncə vurguladığımız kimi sıx, koordinasiyalı əməkdaşlıq nəticəsində şərqdən qərbə, şimaldan cənuba daşınan yüklərin əhəmiyətli bir hissəsinin məhz iki ölkədən keçməsini təmin edə bilərlər ki, bu da milyardlarla gəlir deməkdir.
Ötən il dekabrın 29-da Naxçıvandan Məşhədə, dünən isə Azərbaycan Astarasından İran Astarasına qatarların yola düşməsi bu yolda atılan ilk addımlardır. Astara-Astara və Naxçıvan-Məşhəd qaratları “dəmir qaranquşlar”dır. Gələcəkdə bu yolla daha çox “köç”lərin keçəcəyindən xəbər verən qaranquşlar.
Burada bir məsələyə də toxunmaq lazım gəlir, o da İran Prezidenti cənab Ruhanin ölkəsinin Azərbaycyanın torpaq bütünlüyünü dəstəklədiyini bildirməsi və bu zaman Dağlıq Qarabağ probleminin sülh yoluyla çözülməsinə tərəfdar çıxdıqlarını vurğulamasıdır. Təbii ki, problemin sülh yoluyla həlli hamıdan çox Azərbaycanın mrağındadır və 25 il dözərək danışıqlar aparması da bunu ən aydın göstəricisidir. Amma bu məsələ 25 yox, 5 ilə sülh yoluyla öz həllini tapa bilərdi. Bunun üçün ilk növbədə regionun böyük dövlətləri- Rusiya və İran BMT nizamnaməsinin 7-ci bəndindəki 39, 41 və 42-ci maddələrinə uyğun olaraq işğalçı Ermənistana qarşı sanksiya tətbiq etməli, ən azından onu təcrid vəziyyətindən çıxarmağa çalışmamalı idilər.

ilham-aliyev-ruhani-450x250
Azərbaycanla İran arasında iki ölkəni birləşdirən dəmir yolu xəttinin çəkilməsiylə başlanan yeni əməkdaşlıq mərhələsi dəmir xarakter daşıyarsa, Ermənistanla hansısa “balanslaşdırlmış” addımların atılmasına gedilməzsə, fikrimizcə, bu, Dağlıq Qarabağ probleminin cənab Ruhaninin vurğuladığı kimi sülh yoluyla həllini tezləşdirərdi”.

sahib aliyev smile

KAMİL

Gununsesi.info