
Yunan-Roma güləşi növündə Azərbaycanın “Rio-2016”da son təmsilçisi Rəsul Çunayev (66 kq) ilk görüşünü uğurla başa vurub.
Gununsesi.info xəbər verir ki, kubalı rəqibi Migel Martines Palasioya qalıb gələn güləşçimiz səkkizdəbir finala yüksəlib.
Təcrübəli güləşçimiz növbəti mərhələdə Pekin Olimpiadasının qalibi, dünya və Avropa çempionu İslam-Beka Albiyev (Rusiya) – İon Panait (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.
***
Qeyd edək ki, bir az öncə Rəsul Çunayev növbəti qələbəsini bayram edib. Təmsilçimiz səkkizdəbir final mərhələsində rusiyalı rəqibi Pekin Olimpiadasının qalibi, dünya və Avropa çempionu İslam-Beka Albiyevi məğlub edib.
***
Çox təəssüf ki, Rəsul Çunayev finala gedən yolda ermənistanlı rəqibi Miqran Arutyunyana uduzub.
Güləşçimiz Olimpiadada üçüncü yer uğrunda xalça üzərinə çıxacaq.
Gununsesi.info