Rəsul Quliyevdən Prezidentə müraciət- ÖLKƏYƏ GƏLMƏYƏ İZN İSTƏYİR

  • By admin
  • 18 Dekabr 2021 17:51

Hazırda Amerika Birləşmiş Ştatlarında mühacir həyatı yaşayan Milli Məclisin sabiq spikeri Rəsul Quliyev Prezident İlham Əliyevə müraciət edib.
Bu barədə Gununsesi.info-ya etibarlı mənbələrdən məlumat daxil olub.
Məlumata görə, eks-spiker Prezidentə müraciətində Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasına sevindiyini və bunu İlham Əliyevin qələbəsi kimi qeyd edib.
Sabiq spiker daha sonra müraciətində İlham Əliyevin daxili və xarici siyasətini dəstəklədiyini bəyan edərək, ona qarşı müxalifətçilik mövqeyindən daşındığını da vurğulayıb.
Həmçinin, Rəsul Quliyev ölkə başçısından Azərbaycana gəlməsi üçün təhlükəsizliyinə təminat verilməsini xahiş edib:
“Əgər mənə təminat verilərsə mən Azərbaycana gələrəm. Xahiş edirəm ki, mənə bu imkanı yaradasınız”.

Gununsesi.info

HTML tutorial