Rəvan Habiloğlu: “Hələ də bu boşluqdan çıxa bilmirəm”

  • By admin
  • 10 Oktyabr 2016 13:03

revan

Azərbaycan peşəkar musiqi sənətinə bəstələdiyi və ifa etdiyi “Sevənlər qovuşmadı”,  “Dərd əlindən qaçıram mən”, “Qal baxa-baxa” hit mahnılarıyla gələn bəstəkar-müğənni Rəvan Habiloğlu səhnədə və şou-biznes aləmində müddətdir ki, görünməməsinin səbəbini açıqlayıb.  

HTML tutorial

Gununsesi.info-nun xəbərinə görə, R.Habiloğlu atasının vəfatından sonra həm səhnə, həm də iş həyatından  sakitliyə çəkilib.  Bəstəkar-müğənni bildirib ki, buna səbəb  atası,  Azərbaycanın Xalq Artisti, kaman ustası Habil Əliyevin ölümündən sarsılması olub.

R.Habiloğlu qeyd edib ki, atasının itkisini qəbul edə bilmir: “Çox çətindir əzizlərini itirmək. Atamı itirdikdən sonra sanki boşluğa düşdüm. Hələ də bu boşluqdan çıxa bilmirəm”-, deyə o bildirib. 

Gülnaz Qənbərli

Gununsesi.info