“Rəy” Monitorinq Mərkəzi “exit-poll”un nəticələrini açıqlayıb

  • By ilhame
  • 07 Fevral 2024 20:39

“Rəy” Monitorinq Mərkəzi tərəfindən Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı “exit-poll”un nəticələri açıqlanıb.

 

Gununsesi.info xəbər verir ki, nəticəyə əsasən seçicilərin 92,6 faizi Prezident İlham Əliyevə səs verib.

 

“Exit-poll” nəticələrinə görə, ümumilikdə namizədlərin topladığı səslərin ardıcıllığı belədir:

 

1. Prezident İlham Əliyev – 92,6 %

 

2. Razi Nurullayev – 1,16 %

 

3. Fuad Əliyev – 0,84 %

 

4. Fazil Mustafa – 0,58 %

 

5. Qüdrət Həsənquliyev – 0,46 %

 

6. Zahid Oruc – 0,37 %

 

7. Elşad Musayev – 0,11 %

 

Rəyi soruşulanların 3,15 faizi “exit-poll”da səsvermədən imtina edib.

 

Gununsesi.info