Rəcəb Tayyib Ərdoğan: “Türk axını” layihəsi üçün addım atmağa hazırıq”

  • By admin
  • 08 Avqust 2016 16:58

erdogan

Türkiyə “Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsi üçün addım atmağa hazırdır.

Gununsesi.info-nun məlumatına görə, bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Prezident Rəcəb Tayyib Ərdoğan “Türk axını” layihəsini həyata keçirmək üçün addım atmağa hazır olduğunu da bildirib. Qeyd edək ki, iyunun 28-də Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin “Türk axını” layihəsi üzrə Türkiyə tərəfi ilə danışıqların yenidən başlanması üçün dialoqa hazır olduğu bildirilmişdi. Xatırladaq ki, ötən ilin noyabrında Rusiyaya məxsus “Su-24” tipli döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller “Türk axını” layihəsi üçün Türkiyə ilə danışıqların dayandırıldığını demişdi. “Gazprom” “Türk axını” kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına da qərar vermişdi. “Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulurdu.

Gülnaz Qənbərli

Gununsesi.info