Rəhim Rəhimli evlənir

  • By admin
  • 04 İyul 2016 16:08

rehim

 

“Boş vaxtlarımda sahilə çıxıram. Türkiyədə yaşayanda da evim düz dənizə baxırdı. Bina evində yaşamağı heç düşünmürəm. Dəniz kənarında olmağı sevirəm. Yaxın zamanlarda dəniz kənarında kiçik villa tikdirməyi düşünürəm”.

Gununsesi.info bildirir ki , bu sözləri müğənni Rəhim Rəhimli “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.

Sənətçi sevgisindən danışıb:

“Yaradıcı insanın mütləq ilham pərisi olmalıdır. Mənim də sevdiyim var. Bilmirəm bu münasibəti rəsmiləşdirəcəyik, yoxsa belə qalacaq… Mən rəsmiyyət sevən deyiləm. Ola bilsin ki, vətəndaş nikahı ilə yaşayım. Əgər toy etsəm, orada ancaq yaxın dostlarım olacaq”.

Gununsesi.info