Rəmiş dəfn olundu - FOTO

  • By admin
  • 06 Aprel 2021 13:31

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) dəfn olunub.

Mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

xxx

12:23

Xalq artisti Rafiq (Rəmiş) Hüseynov 1 saylı Kliniki Mərkəzdən son mənzilə yola salınır.

Gununsesi.info Teleqraf.com-a istinadla xəbər verir ki, klinikada baş tutan vida mərasimində Güllü Hüseynova cənazəyə sarılıb.

Rəmiş “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Rafiq Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranmışdı.

Vida mərasimində Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Təyyar Bayramov, Rəhman Məmmədli, xanəndə Firuz Səxavət iştirak ediblər.

Gununsesi.info